RU

Lukaşenko Almaniyanı münasibətləri bərpa etməyə çağırıb

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

Oktyabrın 3-də Belarus Prezidenti Aleksandr Lukaşenko Almaniyanın Birliyi Günü münasibətilə alman xalqına təbrik məktubunda ikitərəfli münasibətlərin bərpasını təklif edib.

Məlumatı “İzvestiya.ru” yayıb. 

Lukaşenko qeyd edib ki, 1990-cı ildə Almaniyanın birləşməsi müasir Avropanın tarixində əsas məqamlardan biri olub. “İkinci Dünya Müharibəsinin faciəvi nəticələrinə baxmayaraq, belaruslar və almanlar birgə səylər nəticəsində barışıq və əməkdaşlığa aparan yollar tapmağa müvəffəq oldular. Bu təcrübə bu gün də aktualdır və onun nəticələri qorunub saxlanmağa və gücləndirilməyə layiqdir”, - Lukaşenko bildirib.

Prezident vurğulayıb ki, Belarus Avropa İttifaqı (Aİ) ölkələrinin, o cümlədən Almaniyanın vətəndaşları üçün vizasız rejimin uzadılması barədə qərar qəbul edib. O, ikitərəfli münasibətlərin bərpasına maneələrin aradan qaldırılmasını təklif edib. O, indiki vəziyyətdə bunun çətin olacağını etiraf edib, lakin belə addımların tamamilə hər iki ölkənin və xalqların həqiqi mənafelərinə uyğun olduğunu qeyd edib.

P.ƏmircanovXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
1
xalqqazeti.az

2Источники