Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura start verilir.
"Cebheinfo.az" xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.
Əvvəlcə, “Araz-Naxçıvan” “İmişli” ilə qarşılaşacaq. Günün digər oyunu “Zirə” ilə “Neftçi” arasında keçiriləcək.
“Qarabağ” – “Kəpəz” və “Sumqayıt” – “Turan Tovuz” oyunları sabah, “Karvan” – “Sabah” və “Qəbələ” – “Şamaxı” matçları oktybarın 5-də keçiriləcək.
"Cebheinfo.az"