Ukrayna yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu ay İslandiya və Azərbaycanla üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Sergey Rebrov bu görüşlər üçün bu oyunçulara güvənib:
Qapıçılar: Georgi Buşan (“Polissya”), Anatoli Trubin (“Benfika”, Portuqaliya), Dmitro Rıjnik (“Şaxtyor”);
Müdafiəçilər: İlya Zabarnı (PSJ, Fransa), Aleksandr Svatok (“Ostin”, ABŞ), Valeri Bondar, Mikola Matvienko, Yuxim Konoplya (hamısı “Şaxtyor”), Aleksandr Timçik (“Dinamo”), Vitali Mikolenko (“Everton”, İngiltərə), Boqdan Mixayliçenko (“Polissya”);
Yarımmüdafiəçilər: Yeqor Yarmolyuk (“Brentford”, İngiltərə), İvan Kalyujnı (“Metallist 1925”), Mikola Şaparenko, Vladimir Brajko, Nazar Voloşin (hamısı “Dinamo”), Georgi Sudakov (“Benfika”, Portuqaliya), Artyom Bondarenko (“Şaxtyor”), Aleksey Qutsulyak, Aleksandr Nazarenko (hər ikisi “Polissye”), Viktor Tsiqankov (“Jirona”, İspaniya), Aleksandr Zubkov (“Trabzonspor”, Türkiyə), Ruslan Malinovski (“Cenoa”, İtaliya);
Hücumçular: Artyom Dovbik (“Roma”, İtaliya), Vladislav Vanat (“Jirona”, İspaniya).
Qeyd edək ki, Ukrayna - Azərbaycan oyunu oktyabrın 13-də, Krakovda keçiriləcək. Tərəflər arasında 1 ay əvvəl Bakıda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.