RU

TRIPP yolunun açılması ən azı 2 il çəkə bilər - Mirzoyan

Ermənistanla Azərbaycanda olan TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu) adlı layihə çərçivəsində dəmir yolu infrastrukturunun inşası ən azı iki il çəkə bilər. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın “TVP World” kanalına müsahibəsində deyib. 

Mirzoyan deyib ki, tərəflər artıq əsas prinsiplər üzrə razılığa gəlib və indi ABŞ nümayəndə heyəti ilə birlikdə keçidin texniki aspektləri və təklif olunan konsorsium şirkəti üzərində işləyirlər.

“Biz artıq amerikalı tərəfdaşlarımızla müzakirələrə başlamışıq. Düşünürəm ki, bu prosesi yaxın aylarda başa çatdıra bilərik, ondan sonra tikintiyə başlamaq lazımdır. TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu) adlı layihə çərçivəsində dəmir yolu infrastrukturunun inşası ən azı iki il çəkə bilər. Lakin Ermənistan tərəfi əlaqələrin “tezliklə” qurulmasında maraqlıdır. Biz həm Azərbaycanın, həm də öz ərazilərimizdən istifadə etməklə malların daşınmasında maraqlıyıq. Çünki əsas benefisiarlardan biriyik,” –  o əlavə edib.

Nazir bildirib ki, Sülh Müqaviləsinin mətni bu ilin martında yekunlaşdırılıb və artıq paraflanıb. Ermənistan tərəfi sənədi imzalamağa hazırdır, lakin Azərbaycan tərəfindən bəzi ilkin şərtlər irəli sürüldüyünü deyib.

“Biz o gündəliyi bölüşmürük, amma proses davam edir. İmzalanmadan öncə də qarşılıqlı dözümlülük və beynəlxalq platformalarda əməkdaşlıq imkanları müzakirə olunur,” –  Mirzoyan qeyd edib.

TRIPP dəhlizi, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında dəmir yolu bağlantısını təmin etməklə yanaşı, Ermənistanın da regional ticarətdə rolunu artırmaq məqsədi daşıyır.

Gülnar 

Избранный
33
1
anews.az

2Источники