ain.az bildirir, GlobalInfo portalına istinadən.
Qəzzaya humanitar yardım aparan Sumud donanması İsrail Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılıb. Məlumata görə, 37 ölkədən 200-dən çox üzvü olan 21 gəmidən ibarət donanma Qəzza zolağından 130-150 kilometr aralıda dayandırılıb və fəalları girov götürülüb. Saxlanılan şəxslər arasında Türkiyə vətəndaşları da var.
Qəzza ətrafında nələr baş verir? Gəmi gərginliyinin nəticəsi necə olacaq?
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, bu günlərdə Qəzzada baş verən proseslər dünyanın diqqətindədir:
“ABŞ Prezidenti Donald Trampla İsrail Baş naziri Benyamin Netanyahunun görüşündən sonra Ağ Evin atəşkəs planı açıqlandı. Bu istiqamətdə işlər gedərkən yeni bir hadisə baş verdi. Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Donanması İsrail qüvvələri tərəfindən saxlanıldı. Təbii ki, bu gözlənilirdi.
Donanma yola çıxmazdan əvvəl İsrail bildirmişdi ki, donanmanın yaxınlaşmasına icazə verməyəcək, gəmi ya geri qaytarılacaq, ya da saxlanılacaq. Buna baxmayaraq, donanma irəliləməyə davam etdi. Onun əsas məqsədi Qəzzaya humanitar yardımları çatdırmaq və dünyaya oradakı vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərmək idi. Gözlənilən kimi, İsrail hərbçiləri donanmanı Qəzzaya yaxınlaşmadan saxladılar və gəminin qarşısını aldılar. Heyətin İsrail tərəfindən saxlanılması barədə fikirlər səslənir. Təbii ki, bu missiya tam yerinə yetirilmədi.
Əlimusa İbrahimov
Türkiyə başda olmaqla bir çox ölkə rəsmi bəyanatlarla etirazını bildirdi. Amma İsrailin buna əməl edəcəyi şübhə doğurur. Daha əvvəl də İsrail ciddi pozuntulara yol verib, hətta BMT-nin xəbərdarlıqlarına da məhəl qoymayıb. Donanma tam olaraq məqsədinə nail olmadı, demək olmaz. Humanitar yardımın çatdırılmasında faktiki problemlər olsa da, məsələ dünya ictimaiyyətinə çatdırıldı və ciddi rezonans yaratdı”.
Turan Rzayev
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.