RU

İranda sərnişin avtobusu vadiyə aşıb, 4 nəfər ölüb

İranda Dəmavənd-Firuzkuh yolunda hərəkət edən sərnişin avtobusu vadiyə aşıb.

APA İran mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 10 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları hələlik məlum deyil.

Qeyd edək ki, Dəmavənd-Firuzkuh yolu Tehranı Mazandaran əyaləti ilə birləşdirir.

Избранный
26
1
apa.az

9Источники