RU

“Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti başa çatıb

Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən“Böyük iyirmilik” ölkələrinin (G20) Parlament Sədrlərinin 11-ciSammiti başa çatıb. Sammitdə iştirak etmək məqsədilə bu ölkədəişgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova tədbirinbağlanış mərasimində iştirak edib.

Mərasimdə çıxış edənlər Sammitin uğurlu təşkil olunduğunu qeydedərək, tədbirdə bir çox mühüm və böyük aktuallıq kəsb edənmövzuların parlamentarilər tərəfindən müzakirə edildiyini vəsəmərəli fikir mübadiləsi aparıldığını diqqətə çatdırıblar.

Sammitin ev sahibi Cənubi Afrika Respublikasının MilliAssambleyasının sədri Toko Didiza Azərbaycan parlamentinin spikeri,Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovayatədbirdə iştirakına görə təşəkkürünü bildirib.

Sahibə Qafarova mərasim çərçivəsində Zimbabve MilliAssambleyasının spikeri Yakob Mudenda, CAR Milli Assambleyasınınsədri Toko Didiza, Braziliya parlament nümayəndə heyətinin rəhbəriCek Roça ilə görüşüb.

Görüşlərdə P20 Sammitinin və orada müzakirə olunan məsələlərinvacibliyi qeyd olunub, parlamentlərarası və dövlətlərarasıqarşılıqlı münasibətlərin perspektivləri barədə danışılıb.

Spiker Sahibə Qafarova bu sammitin yüksək səviyyədə təşkilinə vəAzərbaycan Parlamentinin, həmçinin Qoşulmama Hərəkatı ParlamentŞəbəkəsinin sədri kimi onun fəaliyyətinə verilən yüksək qiymətəgörə CAR Milli Assambleyasının sədri Toko Didizaya təşəkkürünübildirib.

Xatırladaq ki, spiker Sahibə Qafarova Cənubi AfrikaRespublikasına işgüzar səfəri çərçivəsində Sammitin açılışmərasimində və tədbir çərçivəsində keçirilən “Fəlakətlərə qarşıdayanıqlığın və cavab tədbirlərinin gücləndirilməsi” mövzusundamüzakirələrdə çıxış edib.

Избранный
32
7
az.trend.az

8Источники