RU

SSRİ-nin üzqarası: saqqıza görə 21 nəfər ölmüşdü - Video

10 mart 1975-ci ildə Moskvanın “Sokolniki” idman sarayında Kanada və SSRİ-nin gənclərdən ibarət yığmalarının görüşü faciə ilə bitir.

Bizim.Media “kult.az”a istinadla xəbər verir ki, Kanadanın gənclərdən ibarət komandası yoldaşlıq görüşləri keçirmək üçün SSRİ-yə səfər edir.

Matçların keçirilməsində Kanada xokkeyçilərinə ABŞ-ın məşhur “Wrigley” saqqız şirkəti sponsorluq edir. Komanda ilə şirkət arasında imzalanmış müqaviləyə əsasən, hər kanadalı oyunçuya 15 kiloqramlıq qutularda şirkətin istehsal etdiyi saqqız verilir. Oyunçular da həmin saqqızları azarkeşlərə paylamalı imişlər.
 

Matçın sonunda kanadalı oyunçular saqqızları ovucla tribunalara atırlar. Həmin dövrdə SSRİ-də defisit sayılan saqqızları ələ keçirmək üçün azarkeşlər əsl mübarizəyə başlayırlar. Tribunalarda yaranan sıxlıq nəticəsində insanlar bir-birini tapdayır. İnsanların ağırlığına davam gətirməyən tribunalardakı oturacaqlar da çökür.


İkinci bir sıxlıq isə “Sokolniki”nin ikinci çıxışının qarşısında yaranıb. Kanadalıların avtobuslarının dayandığı yerdə də saqqızlar ovucla göyə atılır. Az qala biri-birinin üstünə çıxan yeniyetmələr ayaqları altında qalan həmyaşıdlarının fərqinə belə varmırlar.

Hadisə yerinə əlavə milis qüvvələri, 30-dan artıq təcili tibbi yardım maşını cəlb edilir.

“Sokolniki”də saqqız uğrunda gedən mübarizədə 21 nəfər həyatını itirir, 25 nəfər isə xəsarət alır.
Bu hadisə SSRİ-nin üzqarası kimi tarixə düşür.

Politbüronun qərarı ilə hadisə haqda heç bir məlumat verilmir və insident ört-basdır edilir.

Amma bu hadisədən sonra SSRİ-də saqqızın kütləvi istehsalına başlanılır.


Bizim.Media

Избранный
5
3
bizim.media

4Источники