İranda Dəmavənd-Firuzkuh yolunda hərəkət edən sərnişin avtobusu vadiyə aşıb.
Herbiand.az İran mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 10 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları hələlik məlum deyil.
Qeyd edək ki, Dəmavənd-Firuzkuh yolu Tehranı Mazandaran əyaləti ilə birləşdirir.[APA]