RU

Paşinyan: “Yaxın vaxtlarda regionda nəqliyyat kommunikasiyaları açılacaq” – ÖZƏL

Ermənistanın baş naziri Nikol Paşinyan yaxın gələcəkdə regionda nəqliyyat kommunikasiyalarının açılmasının qaçılmaz olduğunu bildirib.

Olaylar.az xəbər verir ki, o, bu fikri "Ermənistanın dağ-mədən sənayesi" forumunda səsləndirib.

"Əminəm ki, Ermənistan və Azərbaycan arasında təsdiqlənmiş sülh, həmçinin regionda infrastruktur və nəqliyyat kommunikasiyalarının gözlənilən açılması yaxın vaxtlarda baş verəcək və bu, sahə üçün daha əlverişli mühitin formalaşmasına töhfə verəcək", - deyə Paşinyan qeyd edib.

Baş nazir əlavə edib ki, hökumət dağ-mədən sənayesinin dayanıqlı inkişafı üçün şərait yaratmağa xüsusi önəm verir. Bu sahə Ermənistan iqtisadiyyatının strateji istiqamətlərindən biri hesab olunur.

Xatırladaq ki, İrəvan Bakı ilə Naxçıvanı birləşdirəcək marşrut üçün iki variant təklif edir: dəmir yolu və avtomobil yolu. Dəmir yolu marşrutu Meğri üzərindən keçərək (41-43 km) Bakıdan Goradizə, oradan Meğriyə, daha sonra Ordubad və Culfa vasitəsilə Naxçıvana çatacaq. Avtomobil yolu üçün isə iki alternativ nəzərdə tutulur: biri təxminən 48 km uzunluğunda Karaunjdan Anqexakota birbaşa magistral, digəri isə dəmir yolu marşrutuna paralel yol.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
31
olaylar.az

1Источники