RU

87 mindən çox uşaq məktəbəhazırlıq qruplarında məşğələlərə başlayıb

Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, 2025-2026-cı tədris ilində ölkə üzrə məktəbəhazırlıq qruplarına 87 807 uşaq cəlb edilib.

Qeyd edək ki, məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
Избранный
13
10
sherg.az

10Источники