RU

İmkanlı və iddialı klub problem bataqlığında - Vəziyyət pisləşdi, baş məşqçi ayrıldı

II Liqanın ən imkanlı klublarından «Şəki» baş məşqçisi ilə yollarını ayırıb. Bəhmən Həsənov ayyarım öncə sükanı arxasına keçdiyi komandanı tərk edib. Vaxtilə beş dəfə «Rəvan»ı çalışdırmasıyla tarixə düşmüş mütəxəssis öz istəyi ilə əyalət təmsilçisindən gedib. Buna səbəb çempionatın son iki turunda qeydə alınan uğursuz nəticələrdir. Belə ki, «Şəki» ard-arda «Qaradağ Lökbatan»la «Xankəndi»yə uduzub - 2:3 və 0:1.
Dörd tur ərzində 7 xal toplayan kollektiv hazırda turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. «Şəki»nin üzüaşağı getməsinin iki səbəbi varsa, biri yeni rəhbərliyin üzərinə götürdüyü maliyyə öhdəliklərini yerinə yetirməyə çətinlik çəkməsidirsə, digəri baş məşqçi ilə futbolçular arasında yaranan konfliktdir.

SPORTİNFO.AZ

Избранный
17
sportinfo.az

1Источники