Milli Məclisin deputatı Çad Respublikasına səfər edəcək
Milli Məclisin deputatı Könül Nurullayeva oktyabrın 5-də Çad Respublikasının Ncamena şəhərinə səfər edəcək.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Millət vəkili səfər çərçivəsində həmin şəhərdə keçiriləcək Qlobal Tolerantlıq və Sülh Şurasının Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlamentinin 13-cü plenar sessiyasında iştirak edəcək.
Deputatımızın plenar iclasda çıxışı nəzərdə tutulub. Səfər oktyabrın 7-də başa çatacaq.