RU

Sabah stabil oyun sərgiləmir, Murad Musayevin vaxtındakı tamam başqa komanda idi MÜSAHİBƏ

ain.az, Sportal.az saytına istinadən bildirir.

"Sabah"ın sabiq kapitanı Kərim Diniyev Sportal.az saytına müsahibə verib.

- "Sabah"dan bu mövsüm gözləntilər yüksəkdir. Artıq 6 tur geridə qalıb. Sabiq komandanın bu mövsümkü çıxışını necə dəyərləndirirsən?

- Çempionat hələ yeni başlayıb və nəsə demək düzgün olmazdı. "Sabah" 5 oyun keçirib və yalnız 1 məğlubiyyəti var. Amma o məğlubiyyət də, “İmişli” ilə görüşdə gözlənilməz oldu. “Şamaxı” və “Turan Tovuz”a qalib gəliblərsə, “Neftçi” ilə heç-heçə də komandanın müsbət mənada aktivinə yazmaq olar. Yalnız “İmişli” məğlubiyyəti həm oyun, həm də nəticə baxımından gözləmilməz idi. Futbolda da belə şeylər olur da.

- Valdas Dambrauskasın "Sabah"dakı işini necə dəyərləndirirsən? Səncə, litvalı mütəxəssis bu komandada öz oyun sistemini qura bilib və ondan uğurlu nəticə gözləmək olar?

- Şəxsi fikrim belədir ki, “Sabah” stabil oyun sərgiləmir. “Turan Tovuz” üzərində inamlı qələbə zamanı tamam başqa “Sabah” var idi. “İmişli”yə uduzan isə tamam fərqli “Sabah” idi. Uğurlu olub-olmayacağını zaman göstərəcək. Hər halda, klub rəhbərliyi bunu daha yaxşı bilər.

- Ancaq Murad Musayevin vaxtında "Sabah" o qədər effektiv oynayırdı ki, sanki o “planka”nı aşa bilən məşqçi yoxdur. Razısan ki, "Sabah" ən yaxşı oyununu məhz Musayevin rəhbərliyi altında göstərirdi?

- Tamamilə razıyam. Yəqin hər kəs belə düşünür ki, Murad Musayevin vaxtındakı “Sabah” tamam başqa komanda idi. Son illərdə “Qarabağ”ın səviyyəsinə və “Qarabağ”la başabaş mübarizə aparan 2 komanda olubsa, onlardan biri Murad Musayevin vaxtındakı “Sabah” idi.

- Bu mövsümkü "Sabah" "Qarabağ"la çempionluq mübarizəsi apara biləcək?

- Çətin görünür. Çünki “Qarabağ” haqda nəsə artıq şərhə ehtiyac yoxdur. Həqiqətən də, “Qarabağ” Azərbaycanın qürurudur. “Sabah”ın çempionluq mübarizəsinə qoşulması real görünmür. Amma avrokuboklar üçün mübarizə aparacaqları dəqiqdir. 

- "Sabah"da daha çox hansı mövqenin gücləndirilməsinə ehtiyac var?

- Bunu baş məşqçi və klub rəhbərliyi daha yaxşı bilər. Onlar işin içindədirlər. Hər mövqedə yaxşı oyunçuları var. Yəqin ki, onlar ehtiyac yaranarsa, qış fasiləsində güclənməyi məqbul bilsələr, transferlər edərlər.

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
sportal.az

2Источники