RU

Elnur Bağırov: "Dövlət satınalmalarında çox iştirakçılıq təmin ediləcək"

Azərbaycanda dövlət satınalmalarında çox iştirakçılıq təmin ediləcək.

FED.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən II Milli Rəqabət Forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycanda rəqabətlə birbaşa bağlı sahələrdən biri də dövlət satınalmaları və keyfiyyət infrastrukturudur.

"Bu istiqamətdə əsas məqsəd dövlət büdcə vəsaitlərindən səmərəli istifadənin təmin olunması, sahibkarların dövlət satınalmalarında iştirak imkanlarının genişləndirilməsi, məhsul və xidmətlər üzrə dəqiq standartlar müəyyənləşdirilməsi və keyfiyyət infrastrukturunun inkişafının stimullaşdırılmasıdır. Bunlar, ölkədə əlverişli biznes mühitinin formalaşmasına xidmət edir", - deyə Dövlət Agentliyinin sədri qeyd edib.

Onun sözlərinə görə, qarşıdakı dövrlərdə əsas hədəf rəqabət mühitinin gücləndirilməsi, dövlət satınalmalarında çox iştirakçılığın təmin olunması, kiçik və orta sahibkarlığın dəstəklənməsi olacaq: "Rəqabət mühitinin təmin olunması həm dayanıqlı iqtisadi inkişafı, həm də sənayeləşmə səviyyəsinin yüksəlməsini şərtləndirir. Bu, biznes subyektlərinin gəlirliliyinin artmasına və iqtisadi şaxələndirmənin genişlənməsinə şərait yaradacaq". (Report)

Избранный
54
fed.az

1Источники