RU

Ərdoğan: “Qlobal Sumud” Donanmasına hücum vəhşilikdir

Ərdoğan:

“İsrail rəhbərliyinin Qəzzada törətdiyi cinayətləri ört-basdır etmək üçün faydasız cəhdləri, Qəzza zolağına humanitar yardım aparan beynəlxalq “Qlobal Sumud” Donanmasının gəmilərinə quldur basqınını pisləyirik”.

Reyting.az
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiyanın tədbirində çıxışı zamanı deyib.

Ərdoğan bildirib ki, Türkiyə bəşəriyyətin kollektiv vicdanının əksi olan “Qlobal Sumud” Donanmasının bütün iştirakçılarını dəstəkləyir:

“Missiyanın əsas məqsədlərindən biri Qəzzada uşaqların aclıqdan ölməsinə səbəb olan vəhşiliyə diqqəti cəlb etmək idi. “Qlobal Sumud” Donanması bir daha bütün dünyaya Qəzzada törədilən vəhşiliyi və İsrailin qanlı təbiətini nümayiş etdirdi”.

ELÇİN
Избранный
23
reyting.az

1Источники