Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Oktyabrın 3-nə keçən gecə Rusiya hərbi qüvvələri Ukraynaya kütləvi dron və raket hücumu həyata keçirib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, əsas hədəflər Xarkov və Poltava bölgələrindəki enerji infrastrukturu olub. Hücumlar həmçinin Sumı, Dnepr, Odessa və Kiyev bölgələrinə də yönəldilib.
Hücum zamanı təxminən 400 dron və 35 müxtəlif tipli raket, o cümlədən ballistik “İskəndər” raketləri istifadə olunub. Qeyd olunub ki, 18 raket və 78 hücum dronu hədəfə dəyib.
Poltava bölgə administrasiyasının rəhbəri Vladimir Koğut hücumları təsdiqləyib. Hadisə ilə bağlı zərərçəkənlər barədə məlumat verilməyib.
Rusiya tərəfinin bir neçə teleqram kanalı isə hücum zamanı Poltava və Lubnada qaz infrastrukturunun hədəfə alındığını bildirir.
Ümumilikdə gecə baş verən hücumlar nəticəsində Ukraynada 1 nəfər həlak olub, 16 nəfər yaralanıb. Xarkov bölgəsində hücuma məruz qalan kənd təsərrüfatı müəssisəsində isə təxminən 13 min donuz ölüb.
“Financial Times” qəzeti yazır ki, Rusiya “İskəndər-M” və “Kinjal” raketlərini modernləşdirib. Mənbənin məlumatına görə, bu raketlər əvvəl standart trayektoriyada uçur, lakin son mərhələdə kəskin eniş edir və ya manevrlər edərək Ukraynanın hava hücumundan müdafiə sistemlərini çaşdırır. Nəticədə ballistik raketlərin Ukrayna tərəfindən vurulma faizi avqust ayında 37%-dən sentyabrda 6%-ə düşüb, xəbər verilir.
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.