APA xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ekspertiza rəyi elan edilib. Ekspertiza rəyinə görə, İsfəndiyar Axundov müsahibələrində Emil Səməndərovun ünvanına şərəf və layəqəti alçaldan təhqir formalı, ritolika, təsdiq verən sözlərdən istifadə edib. Lakin nalayiq ifadələrə rast gəlinmir.
İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli və Şahbaz Kərimli ekspertizanın rəyi ilə razılaşmayıb və Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertiza Mərkəzinin verdiyi rəyin ziddiyyətli olduğunu bildirib. Həmçinin eksperti "maraqlı şəxs" adlandırıb. Vəkil bunu əsas gətirərək AMEA-nın Dilçilik İnstitutuna linqvistik ekspertizasına müraciət olunması barədə vəsatət verib.
Xüsusi ittihamçı Emil Səməndərovun vəkili Asim Abbasovun vəsatətin zəruri olmadığını bildirib və vəsatətin təmin olunmamasını istəyib.
Məhkəmə vəsatəti təmin edib.
Daha sonra vəkil Asim Abbasov bildirib ki, rəyi verən Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertiza Mərkəzinin eksperti Almaz Bayramova da iclasa çağırılsın, hər iki şəxs dindirilsin, sonra məhkəmə müşavirə otağında qərar versin.
Məhkəmə vəsatətin baxılmasını təxirə salıb.
Proses oktyabrın 16-da davam etdiriləcək.
9Источники
-
poliqon.infoŞərurlu İsfəndiyar haqqında verilən ekspert rəyi açıqlanıb ( 22013185)
-
7news.azŞərurlu İsfəndiyarın cinayət işi üzrə məhkəmədə ekspertiza rəyi açıqlanıb ( 22012240)
-
editor.azŞərurlu İsfəndiyar haqqında verilən ekspert rəyi açıqlanıb ( 22011322)
-
moderator.az"Şərurlu İsfəndiyar"ın işi üzrə ekspert rəyi açıqlandı ( 22011184)
-
hafta.azŞərurlu İsfəndiyar haqqında verilən EKSPERT RƏYİ ( 22011061)
-
oxu.azŞərurlu İsfəndiyar haqqında verilən ekspert rəyi açıqlanıb ( 22010032)
-
demokrat.azŞərurlu İsfəndiyarın cinayət işi üzrə məhkəmədə ekspertiza rəyi açıqlandı ( 22009795)
-
azpost.infoŞərurlu İsfəndiyarın cinayət işi üzrə ekspertiza rəyi açıqlanıb ( 22009123)
-
unikal.az"Şərurlu İfəndiyar"la bağlı ekspertiza rəyi məlum oldu ( 22007908)