RU

Regionda dönüş: Fransa Azərbaycanla əməkdaşlıq yolunda – Şərh

Fransa yenidən Azərbaycanla əməkdaşlıq gündəminə qayıdır. Bu, Azərbaycanın siyasi qələbəsidir. Fransa prezidenti E. Makron prezident İlham Əliyevin sülh gündəliyini və regionda siyasi reallıqları qəbul etdi. Məhz bu görüş Azərbaycanın diplomatik qələbəsidir.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə siyasi şərhçi Məhəmməd Əsədullazadə çıxış edib. O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə Fransa prezidenti E. Makaron arasında İkinci Qarabağ müharibəsindən sonra belə görüş baş tutmamışdı:

“İki ölkə ilə münasibətlər qırılma nöqtəsinə gəlmişdi.
Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlarda irəliləyiş və 8 avqustda sülh mətnin paraflanması Fransanın regional siyasətinə zərbə vurdu. Çünki Fransa sülhə qarşı idi və Ermənistanı silahlandırırdı. Paşinyan Fransanın siyasətinin Ermənistan üçün mənfi nəticələr verəcəyindən ehtiyat etdiyi üçün eskalasiyanı deyil, Azərbaycanın sülh gündəmini qəbul etdi.

Fransa yenidən Azərbaycanla əməkdaşlıq gündəminə qayıdır. Bu, Azərbaycanın siyasi qələbəsidir. Fransa prezidenti E. Makron prezident İlham Əliyevin sülh gündəliyini və regionda siyasi reallıqları qəbul etdi. Məhz bu görüş Azərbaycanın diplomatik qələbəsidir.
Bundan sonra, Azərbaycan-Fransa əlaqələrinin yeni mərhələyə keçməsi mümkün görünür”.

Gülşən Rəsul

Избранный
16
6
tribunainfo.az

7Источники