RU

Kamaləddin Qafarov: “1993-cü il 3 oktyabr seçkiləri milli qurtuluşa aparan yolun başlanğıcıdır”

"Azərbaycanın müasir tarixində 3 oktyabr 1993-cü il seçkiləri xüsusi əhəmiyyətə malikdir. Bu gün biz tam əminliklə deyə bilərik ki, həmin gün keçirilmiş prezident seçkiləri milli qurtuluşa gedən yolun başlanğıcı oldu. Çünki həmin seçkilərdə xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev ölkəmizi böyük fəlakətlərdən, parçalanma təhlükəsindən xilas etdi".

Milli Məclisin deputatı Kamaləddin Qafarov bu fikri mətbuata verdiyi açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, müstəqilliyin ilk illəri Azərbaycan üçün çox ağır və çətin bir dövr idi:

"1991-1993-cü illər hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə ilə yadda qaldı. O dövrün iqtidarı dövlətin qarşısında dayanan problemləri həll edə bilmirdi. Hadisələri düzgün qiymətləndirmək, çıxış yolları tapmaq əvəzinə, ziddiyyətli qərarlar qəbul olunur, ölkə getdikcə böhrana sürüklənirdi. Xalq artıq anlayırdı ki, yeganə çıxış yolu Heydər  Əliyevin ölkə rəhbərliyinə  gəlməsidir".

K.Qafarov  qeyd edib ki, əgər xalqın səsinə vaxtında qulaq asılsaydı, Azərbaycanda bir çox böyük faciələr  yaşanmazdı:

"Əgər 1990-cı illərin əvvəllərində sağlam düşüncəyə üstünlük verilib Heydər Əliyev hakimiyyətə gətirilsəydi, 20 Yanvar, Xocalı faciələri baş verməz, Laçın və Şuşa xəyanətin qurbanı olmazdı. Dövlət müstəqilliyimiz bu qədər ağrılı və əzablı yollardan keçməzdi. Təəssüf ki, tarixə qara hərflərlə yazılmış bu hadisələr milli yaddaşımızda ağır izlər buraxdı. Lakin xalqımızın iradəsi nəticəsində nəhayət, 1993-cü ilin iyununda Ümummilli Lider Heydər Əliyev Bakıya dəvət edildi və oktyabrın 3-də keçirilən seçkilərdə müstəqil Azərbaycanın Prezidenti oldu".

Kamaləddin Qafarov həmçinin xatırladıb ki, o dövrdə ölkə vətəndaş müharibəsi həddinə gəlmişdi:

Избранный
15
16
demokrat.az

10Источники