RU

Rusiya sərhədi yaxınlığında itkin düşmüş norveçli əsgərlər tapılıb — YENİLƏNİB

Rusiyanın sərhədində yerləşən Finnmark şəhərində təlim zamanı itkin düşən norveçli əsgərlər tapılıb.

Ordu.az xəbər verir ki, bu barədə TV2 telekanalı məlumat yayıb.

Məlumata əsasən, təxminən saat 07:00-da bir neçə əsgər şosedəki nəzarət-buraxılış məntəqəsinə çatıb. Digərləri isə sonradan Finlandiya-Norveç sərhəd bölgəsinə çataraq əlaqə yaradıblar. Silahlı qüvvələrin nümayəndələri əsgərləri oradan götürmək üçün yola çıxıblar.

"Bütün əsgərlər tapılıb", - məlumatda qeyd olunub.

***

Norveç Rusiya ilə həmsərhəd olan Finnmark şəhərində təlim zamanı itkin düşən 5 əsgərini axtarır.

Ordu.az-ın məlumatına görə, bu barədə "TV2" telekanalı polisə istinadən xəbər yayıb.

Nəşr qeyd edib ki, Finmarkın hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirlərinə başlayıb. Əvvəlcə 10 əsgər itkin düşsə də, onlardan beşi sağ tapılıb.

Polisin sözçüsü Yorgen Houkland Hansenin sözlərinə görə, tapılan beş nəfərdən üçü razılaşdırılmış görüş nöqtəsinə çatıb, daha ikisi isə helikopterlə tapılıb. Qalan əsgərlərin axtarışı davam edir, dronlar və təlim görmüş itlərdən istifadə olunur.

Polis itkin düşmüş əsgərlərin görüş yerini səhv salmış ola biləcəyinə inanır. Digər ehtimal bədbəxt hadisədir.

Избранный
34
2
demokrat.az

3Источники