RU

Astara: Sım kəndi turistlərin diqqət mərkəzində

Oktyabrın 3-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Astaranın Sım kəndinə mediatur keçirilib.

Doğru.az xəbər verir ki, tədbir çərçivəsində kəndin turizm potensialı, ekoturizm və aqroturizm imkanları nümayiş etdirilib, qonaqlama xidməti göstərən kənd evləri və yerli mətbəx təqdim olunub.

Agentlik bölgələrdə turizmin inkişafı, yeni turizm marşrutlarının yaradılması və “Turistik kənd” layihəsi çərçivəsində kəndlərin abadlaşdırılması və turizm infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər aparır. Sım kəndi bu layihəyə daxil edilərək cənub bölgəsinin turizm xəritəsinə əlavə olunub, istiqamətverici lövhələr quraşdırılıb, aqroturizm və arıçılıq təsərrüfatları turizmə inteqrasiya olunub.

Layihə həmçinin yerli sakinlər üçün qonaqlama, aqroturizm və bələdçilik üzrə təlimlər, icma iştirakçılığının artırılması və məşğulluq imkanlarının genişləndirilməsinə xidmət edir. DTA cənub bölgəsinə, o cümlədən Sım kəndinə turizm şirkətləri və blogerlər üçün mütəmadi infoturlar təşkil edir.

DOĞRU.AZ

Избранный
17
1
dogru.az

2Источники