“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində “Kopenhagen”i 2:0 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbər verir ki, Türkiyə millisinin keçmiş yarımmüdafiəçisi Nihat Kahveci “Qarabağ”ın buradakı çıxışını dəyərləndirib.
Kahveçi bu barədə “Haber Global”a danışıb:
“Qalatasaray”la yanaşı, “Qarabağ’ın qələbəsinə də sevinirəm. “Kopenhagen” üzərində inamlı qalibiyyət, meydanda üstünlük, dirəyə dəyən zərbə…
İki turdan sonra 6 xal və Avropa futbolunun nəhəngləri ilə turnir cədvəlində qonşuluq. Qardaşlarımıza bravo! Bu inanılmaz başlanğıcdır.
Pley-off mərhələsinə çıxmaq üçün yaxşı şansları var.
Belə büdcə ilə Çempionlar Liqasına belə başlamaq tarixi bir hadisədir. Bu uğurlar asan əldə edilmir”.