RU

"Şərurlu İsfəndiyar"ın işi üzrə ekspert rəyi açıqlandı

"Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib.
 
Moderator.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ekspertiza rəyi elan edilib. 
 
Ekspertiza rəyinə görə, İsfəndiyar Axundov müsahibələrində Emil Səməndərovun ünvanına şərəf və layəqəti alçaldan təhqir formalı, ritolika, təsdiq verən sözlərdən istifadə edib. Lakin nalayiq ifadələrə rast gəlinmir. 
 
İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli və Şahbaz Kərimli ekspertizanın rəyi ilə razılaşmayıb və Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertiza Mərkəzinin verdiyi rəyi ziddiyyətli olduğunu bildirib. Həmçinin ekspertini maraqlı şəxs adlandırıb. Vəkil bunu əsas gətirərək AMEA-nın Dilçilik İnstitutuna linqvistik ekspertizaya göndərilməsi barədə vəsatət verib. 
 
Xüsusi ittihamçı Emil Səməndərovun vəkili Asim Abbasovun vəsatətin  vəsatətin təmin olunmamasını istəyib. 
 
Məhkəmə isə vəsatəti təmin edib. 
 
Daha sonra vəkil Asim Abbasov vəsatət verib.
 
O, bildirib ki, rəyi verən Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertiza Mərkəzinin eksperti Almaz Bayramova da çağırılsın, hər iki şəxs dindirilsin, sonra məhkəmə müşavirə otağında qərar versin. 
 
Məhkəmə vəsatətin baxılmasını təxirə salıb. 
 
Proses oktyabrın 16-da davam etdiriləcək.
 
Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İ. Axundov müsahibələrindən birində E. Səməndərovu dələduz kimi təqdim edib.
Избранный
19
15
moderator.az

9Источники