RU

Astaranın Sım kəndində piknik ərazilərinin düzəldilməsi planlaşdırılır

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

"Astaranın Sım kəndinə son iki ildə iki mindən çox turist gəlib".

Oxu.Az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) şöbə müdiri Elgün Cavadov Astara rayonu Sım kəndinə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, infrastrukturun qurulması turist sayına təsir göstərib:

"Cari ildə DTA-nın qrant müsabiqəsi nəticəsində iki layihə icra olunur. Biri arıçılıq təsərrüfatının inkişaf etdirilməsi, digəri isə kənddə olan bəzi infrastrukturların yaradılmasıdır. Satış köşkü hazırlanır, açıq hava muzeyinin gələcəkdə binasının hazırlanması nəzərdə tutulub. Həmçinin piknik ərazilərinin düzəldilməsi planlaşdırılır".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
1
oxu.az

2Источники