“Ağır oyun olacağını bilirdik.
Matçdan öncə də bunu demişdim, bilirdik ki, bizi çox çətin rəqib gözləyir”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Toral Bayramov Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Kopenhagen”ə (Danimarka) 2:0 hesabı ilə qalib gəldikləri II tur oyunundan sonra UEFA-nın rəsmi saytına açıqlamasında deyib.
Yarımmüdafiəçi matçla bağlı fikirlərini bölüşüb:
“Şükürlər olsun, baş məşqçimizin tapşırıqlarına əməl etdik, səbirlə gözlədik, nəticədə 2 qol vurduq. İkinci oyunda ikinci qələbə, 6 xalımız var.
Çox sevincliyik. Bu cür qələbələrin davamını gətirməyə çalışacağıq”.
“Qarabağ” Liqa mərhələsində növbəti görüşünü oktyabrın 22-də İspaniyada “Atletik”ə (Bilbao) qarşı keçirəcək.