RU

Vaşinqtonda qalmaqallı heykəl: Tramp və Epşteyn əl-ələ

Amerikanın “Washington Post” qəzetinin yazdığına görə, “The Secret Handshake” adlı qrup tərəfindən yaradılan Tramp və Epstein-in əl-ələ tutduğunu əks etdirən rəsm əsəri daha əvvəl sökülməsinə baxmayaraq yenidən Konqres binasının qarşısına qoyulub.

Turkustan.az xəbər verir ki, sentyabrın 24-də “icazə qaydalarına əməl etmədiyi” üçün yerindən götürülən heykəlin daşınma prosesi zamanı zədələnmiş hissələri təmir edilib.

Ağ Ev və Daxili İşlər Departamenti insidentlə bağlı şərh tələblərinə cavab verməyib.

Sentyabrın 23-də ABŞ Kapitolinin qarşısında Tramp və Epşteynin əl-ələ tutduğunu əks etdirən heykəl ucaldılıb.Heykəlin altındakı lövhədə "Əbədi dostlar" yazılıb.

Heykəlin bazasında Tramp və Epşteyn arasındakı “dostluğa” işarə edən “Biz prezident Donald Tramp və onun “ən yaxşı dostu” Cefri Epşteyn arasında uzun müddətdir davam edən bağı qeyd edirik” ifadəsi də yer alıb.

Aytən Yaşar/ Turkustan.az

Избранный
32
turkustan.az

1Источники