RU

"Mançester Siti"yə vurduğum qol karyeramın ən yaxşısıdır"

"Monako"nun yarımmüdafiəçisi Jordan Teze Çempionlar Liqasının ikinci turunda "Mançester Siti" ilə evdə (2:2) heç-heçə başa çatan görüşü şərh edib. 

Sportal.az “UEFA”ya istinadən xəbər verir ki, Teze ingilislərə vurduğu qolu karyerasının unudulmaz anı kimi xatırlayacağını bildirib:

"Mançester Siti"yə vurduğum qol karyeramın ən yaxşısıdır. Mən belə hesab edirəm. Məşqçi mənə daha tez-tez topa zərbə vurmalı olduğumu söyləyirdi. Topu qəbul edərkən, ona dərhal zərbə vurmalı olduğumu anladım. Sonrasını düşünmədən zərbə alındı və bir də gördüm ki, artıq hamı qışqırır".

Niderlandlı futbolçu 2024-cü ildən “Monako”nun formasını geyinir. O, bu kluba PSV-dən keçib.

 

saytlarin hazirlanmasi

Избранный
1
1
sportal.az

2Источники