RU

Məmurun evindən 340 min pul oğurlandı

Bakının Binəqədi rayonu ərazisində mənzillərdən birindən içində 340 min manat olan seyf oğurlanıb.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, polis tərəfindən həyata keçirilən tədbirlərlə oğurluğun 1986-cı il təvəllüdlü Ş.Hüseynova və onun əmisi oğlu 1991-ci il təvəllüdlü Q.Hüseynov tərəfindən törədilməsi müəyyən edilib.

Onların barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə açılmış işin ibtidai istintaqı tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə məlum olub ki, ev sahibi E.Müseyibov nazirliklərdən birinin vəzifəli şəxsidir. Oğurluğa görə tutulmuş qadın isə ev sahibinin oğlunun sevgilisi olub.

Избранный
9
21
publika.az

10Источники