RU

III MDB Oyunlarında uğurla çıxış edən stolüstü tennisçilər mükafatlandırılıb - FOTOLAR

Azərbaycan Stolüstü Tennis Federasiyası (ASTF) III MDB Oyunlarında uğurla çıxış edən idmançıları mükafatlandırıb. Bu barədə SİA-ya federasiyadan məlumat verilib.

Qurumun vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova turnirdə uğurlu çıxış edən idmançılarla görüşüb.

Millinin məşqçi heyətinin də qatıldığı tədbirdə stolustü tennisçiləri yüksək nəticələr münasibəti ilə təbrik edən ASTF rəsmiləri onlara gələcək yarışlarda da uğurlar arzulayıb, lazımi təklif və tövsiyyələrini veriblər.

Ardınca III MDB Oyunlarında Azərbaycanda layiqincə təmsil edən stolüstü tennisçilər və məşqçilərə, həmçinin federasiya nümayəndələrinə ASTF-nin təşəkkürnaməsi, hədiyyə və mükafatı təqdim olunub.

Qeyd edək ki, stolüstü tennisçilər sözügedən yarışda 6 gümüş, 3 bürünc medal qazanıblar.

Избранный
9
6
sia.az

7Источники