RU

Premyer Liqada 3 futbolçu və 1 məşqçi kənarda qaldı

Premyer Liqanın 7-ci turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

Üç oyunçu və bir məşqçi həftəsonu baş tutacaq matçları kənardan izləyəcək.

Bunlar “İmişli”dən Rafael Vieqas, “Qəbələ”dən Prins Ovusu, “Araz-Naxçıvan”dan Patrik Andradedir. “Sabah”da Valdas Dambrauskarın köməkçisi kimi çalışan Custinas Qasiuas isə texniki zonaya buraxılmayacaq.

Adları çəkilənlər öncəki turlardakı aldıqları sarı və qırmızı vərəqələrin bədəlini ödəyir.

Oktyabrın 3-də “Araz-Naxçıvan” - “İmişli” , “Zirə” - “Neftçi”, ertəsi “Qarabağ” – “Kəpəz”, “Sumqayıt” – “Turan-Tovuz”, oktyabrın 5-də “Karvan-Yevlax” – “Sabah”, “Qəbələ” – “Şamaxı” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Избранный
18
1
sportinfo.az

2Источники