RU

Aytac Əlisultanlıya vəzifə verildi

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinə yeni üzv təyin edilib.

Publika.az xəbər verir ki, bu barədə Qoruq İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu vəzifəyə Aytac Əlisultanlı təyinat alıb.

Aytac Əlisultanlı peşəkar fəaliyyətinə müxtəlif özəl şirkətlərdə başlayıb, bir müddət "Pasha Construction" şirkətində memar olaraq çalışıb.

2021-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində rəhbər vəzifələrdə çalışıb, 3-cü və daha sonra 2-ci dərəcəli dövlət qulluqçusu olub.

Избранный
18
14
publika.az

10Источники