RU

Milyarder İbrahim Süleymanovun həbsi ilə bağlı yeni detallar – FOTO

Xəbər verdiyimiz kimi, Rusiyanın paytaxtında Moskva Cinayət Axtarış İdarəsinin əməkdaşları milyarder İbrahim Süleymanovu saxlayıblar.
Heftelik.az Baza-ya istinadən xəbər verir ki, onun həbsi ilə bağlı bəzi təfərrüatlar bəlli olub.
Qeyd edilir ki, İbrahim Süleymanovun 2004-cü ildə Maliyyə Sağlamlığı üzrə Federal Xidmətin keçmiş rəhbərinin qətlində əli olması ilə bağlı istintaq aparılır.
Söhbət Georgi Talyadan gedir. O, 2000-ci illərin əvvəllərində Moskva hava limanlarının iflası ilə məşğul olur və şirkətlərinin iflasında aparıcı rus iş adamlarını təmsil edirdi. Qatil Maliyyə Sağlamlığı üzrə Federal Xidmətin keçmiş rəhbərini Moskvada, Basmannaya küçəsindəki evindən çıxdıqdan sonra yaxalayıb. O, qurbanına 4 dəfə atəş açaraq qaçıb. Talya təcili xəstəxanaya yerləşdirilsə də, həyatını itirib.
 
Bakupost.az
Избранный
41
heftelik.az

1Источники