RU

Qusarın Laza kəndinin yolu lil və palçıqdan təmizlənir

Bakı, TurkicWorld

Ötən gün gecə saatlarından etibarən Qusar rayonunun Laza kəndi ərazisində dağlıq sahələrdən kəndə doğru yenidən palçıq və lil axını müşahidə olunub. Nəticədə mövcud avtomobil yolunun hərəkət hissəsi çirklənib, bu da nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklərə səbəb olub.

TurkicWorld xəbər verir ki, mövcud vəziyyətlə bağlı dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası və canlı qüvvəsi əraziyə cəlb edilib.

Agentlikdən bildirilib ki, görülən operativ tədbirlər nəticəsində yolun hərəkət hissəsi palçıq və lil kütləsindən təmizlənib, nəqliyyatın hərəkəti qismən bərpa olunub.

Hazırda ərazidə təmizləmə və bərpa işləri intensiv şəkildə davam etdirilir.

Xatırladaq ki, son günlər ərzində dağlıq ərazilərdən gələn lil və palçıq axınınəticəsində yolun hərəkət hissəsinin çirklənməsi halları mütəmadi olaraq müşahidə olunur. Lakin hər bir halda Agentliyin əraziyə cəlb olunmuş texnikası və əməkdaşları tərəfindən operativ müdaxilə həyata keçirilir və yol ilə hərəkət tez bir zamanda bərpa olunur.

Избранный
38
18
turkic.world

10Источники