RU

 Ersin Tatar Azərbaycana səfər edəcək

Şimali Kipr Türk Cümhuriyyətinin (SKTC) Prezidenti Ersin Tatar Azərbaycana səfər edəcək.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner məlumat verib.

O bildirib ki, ŞKTC Prezidenti oktyabrın 6-7-də Azərbaycanda səfərdə olacaq.

Ersin Tatar səfər çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşündə iştirak edəcək.

Xatırladaq ki, 2022-ci ildən etibarən Şimali Kipr Türk Cümhuriyyəti TDT-nin müşahidəçi üzvüdür.

Избранный
6
21
manset.az

10Источники