RU

Rusiya hücumu: bu obyektlər fəaliyyətini dayandırdı - Video

Rusiya ordusu dronlar və raketlərlə Ukraynanın enerji infrastrukturlarına hücum həyata keçirib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası DTEK şirkətinə istinadla məlumat yayıb.

“Gecə saatlarında düşmən DTEK “Naftoqaz”ın enerji infrastrukturuna dronlar və raketlərlə hücum etdi. Obyektlər fəaliyyətini müvəqqəti olaraq dayandırıb”, – deyə şirkətin açıqlamasında bildirilir.

Şirkət hücumun nəticələrinin araşdırıldığını və təhlükəsizlik tədbirlərinin görüldüyünü qeyd edib.

Избранный
9
1
axar.az

2Источники