Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Biləsuvar-Bəhrəmtəpə magistralında, Biləsuvar rayonun Arazbari kəndi ərazisində qeydə alınıb.
VAZ 2107" və "Mercedec" markalı minik avtomobillərinin toquşması nəticəsində ölən və yaralalanlar olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.