RU

“SVO” öz məqsədlərinə nail olmadı” Tanınmış “Z bloqer” Rusiyanın iflasını etiraf etdi

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Artıq Rusiyadakı ən qatı şovinist, irticaçı dairələr də Rusiyanın Ukraynada iflasa uğradığını, müharibənin əvvəlində qarşıya qoyulan məqsədlərin yerinə yetirilmədiyini etiraf edirlər.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasına müsahibə verən ən tanınmış qatı millətçi və imperiyaçı “Z-bloqer”lərdən olan Yuri Kotenok bəyan edib ki, Rusiya üç il yarım ərzində Ukraynada “SVO” adlandırılan müharibənin ilkin məqsədlərinə nail ola bilməyib.

Müsahibəsində Kotenok qeyd edib ki, Rusiya Ukraynanı “denasifikasiya” və “demilitarizasiya” edə bilməyib, cəbhə isə dalana dirənib. Kotenok etiraf edib ki, təkcə bütün Donetsk vilayətinin ələ keçirilməsin illərlə vaxt lazım olacaq. Hərbi bloqer vurğulayıb ki, hazırkı vəziyyət ümidsiz görünür: “Təxmini hesablamalara görə, əgər biz möhkəmləndirilmiş ərazilərdən, düşmənin müdafiəsini yarmaqla eyni sürətlə irəliləməyə davam etsək, illərlə irəliləməliyik... Hesablamalarıma görə, bu sürətlə irəliləməyə, gündə onlarla metr qoparmağa davam etsək, təkcə “dnr” ərazilərini “azad etmək” il yarım vaxt aparacaq”.

Əvvəllər Rusiyanın hərbi təcavüzünə fəal dəstək verən və onun davam etdirilməsinə çağıran Kotenok gözlənilmədən etiraf edib ki, Rusiyanın Ukraynada bəyan etdiyi hərbi məqsədləri yalnız kağız üzərində qalır, real vəziyyət isə çox fərqlidir: "Biz üç il yarımdır ki, bu "xüsusi hərbi əməliyyatı" keçiririk. Məqsədlərimizə çatmağa nə qədər yaxınıq? Açığı, itkilərə və dağıntılara baxmayaraq, hələ uzun bir yolun başlanğıcındayıq".

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
azpolitika.info

1Источники