Stendlə tanışlıq zamanı ziyarətçilərə Azərbaycan Universiteti haqqında ətraflı məlumat verilir, sualları cavablandırılır.
Bu il "Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi" mövzusuna həsr olunan sərgidə Azərbaycanla yanaşı Türkiyə, Argentina, İngiltərə, Litva, Qətər, Rusiya, Gürcüstan və digər ölkələrin görkəmli yazarları, elm adamları da təmsil olunacaq.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun nümayəndələri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgi oktyabrın 7-dək davam edəcək.