RU

Rusiyalı təbliğatçı: Putin xüsusi əməliyyatı batırıb

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

Üç il yarımdan sonra Rusiya hələ də Ukraynada "Xüsusi Hərbi Əməliyyat"ın ilkin məqsədlərinə nail olmayıb.

Bakupost.az xəbər verir ki, bu barədə rusiyalı hərbi bloger Yuri Kotenok bildirib.

O qeyd edib ki, Rusiya Ukraynanın “denatsifikasiya” və “demilitarizasiya”sı məqsədlərinə nail ola bilməyib.

Ekspertin sözlərinə görə, cəbhədə əməliyyatlar dalana dirənib və bütün Donetsk vilayətinin ələ keçirilməsi illərlə uzana bilər. Kotenok vurğulayıb ki, hazırkı vəziyyət ümidsiz görünür.

Əvvəllər Rusiyanın hərbi təcavüzünə fəal dəstək verən və onun davam etdirilməsinə çağıran Kotenok gözlənilmədən etiraf edib ki, Rusiyanın Ukraynada bəyan etdiyi hərbi məqsədləri yalnız kağız üzərində qalır, real vəziyyət isə çox fərqlidir. Onun fikrincə, Putin faktiki olaraq Xüsusi Hərbi Əməliyyatı batırıb.

Zaur, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
www.bakupost.az

1Источники