Bu fikirləri politoloq Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:
" Azərbaycanın çoxşaxəli siyasət kursu regional və beynəlxalq tərəfdaşlarla əlaqələrin inkişafına təkan verir, bu baxımdan Avropa ilə dialoqun aktivləşdirilməsi əməkdaşlığı təşviq edir. Görüşlər, həmçinin iqtisadi əməkdaşlıq və investisiya imkanlarının genişlənməsinə zəmin yaradır, regionda sabitliyin bərpası xarici investorların marağını artırır. Beynəlxalq arenada etibarlı tərəfdaş kimi çıxış edən Azərbaycan ildən-ilə siyasi nüfuz qazanır və birbaşa görüşlər hətta əvvəllər qərəzli yanaşan tərəflərin daha balanslı mövqe tutmasına təsir edir.
Xüsusilə Emmanuel Makronla görüş diqqət çəkir. Görüş Fransanın əvvəllər yaratdığı siyasi böhranı səmərəli müzakirələrlə həll etmək üçün əlverişli idi. Prosesslərin gedişatı isə rəsmi Parisin ölkəmizə münasibətindən asılı olacaq. Əgər Fransa anti-Azərbaycan ritorikasına son qoyarsa, Cənubi Qafqazda əsas oyunçu kimi Azərbaycanla əməkdaşlıq daha geniş müstəvidə reallaşa bilər".
Zeynəb Mustafazadə