RU

TAİB üzvləri Milli Qəhrəman Yuri Kovalyovu anıblar - FOTOLAR

 Türk Ağsaqqalları  Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin üzvləri Milli Qəhrəman Yuri Kovalyovun şəhadətə ucaldığı gün münasibətilə onun adını daşıyan 229 nömrəli tam orta məktəbdəki büstünü ziyarət ediblər. 

 

Missiya.Az xəbər verir ki, ziyarətdə Türk Ağsaqqalları  Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin  idarə heyətinin üzvləri, Yeni Azərbaycan partiyasının  Nizami Rayon təşkilatının “Milli Qəhrəmanları Tanıtma” ictimai birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, Yuri Kavalyovun döyüş yoldaşları, ailə üzvləri, eləcə də məktəb rəhbərliyi və şagirdlər iştirak edib.

Tədbirdə Türk Ağsaqqalları  Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin  sədr müavini Eyvaz Hümbətov, 229 nömləri məktəbin direktoru Vüsalə Məmmədova, Milli Qəhrəmanın ailə üzvləri eləcə də digər şəxslər çıxış edərək  qeyd ediblər ki, Yuri Kovalyov kimi qəhrəmanlarımızın göstərdiyi şücaət Azərbaycan xalqının yaddaşında daim yaşayacaq:

“Yuri Kovalyov həm də mənəviyyat və vətənpərvərlik nümunəsi idi. Onun fədakarlığı bu günün gəncləri üçün örnək olmalıdır. Belə tədbirlər qəhrəmanlarımızın xatirəsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından olduqca əhəmiyyətlidir,” – deyə çıxın edənlər vurğulayıb.

Tədbir məktəbin şagirdləri tərəfindən hazırlanan bədii kompozisiya və ədəbi-bədii çıxışlarla davam edib. Sonda iştirakçılar qəhrəmanın büstü önünə və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə qoyulmuş  abidə önünə gül dəstələri düzərək onların əziz xatirəsini yad ediblər. Qeyd edək ki, məktəbdə  həm Yuri Kavolyovun büstü, həm də II Qarabağ müharibəsi şəhidlərinin xatirə abidəsi Missiya Media Qrupunun sosial layihələri çərçivəsində ərsəyə gətirilib. 

Seyranə Quliyeva

Missiya.Az

Избранный
5
1
missiya.az

3Источники