RU

BTQ-nin icraçı direktoru “Müstəmləkəçilik, Neokolonializm və onun nəticələri” beynəlxalq konfransında çıxış edib (VİDEO)

Bakı. Trend:

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov SimonBolivar İnstitunun Xalqlar arasında Sülh və Həmrəylik FondununPrezidenti Blanka Qomesin dəvəti ilə iştirak etdiyi“Müstəmləkəçilik, Neokolonializm və onun nəticələri” adlıbeynəlxalq konfransda çıxış edib.

Trend xəbərverir ki, A.Abbasov ilk növbədə Bakı Təşəbbüs Qrupu adından“Müstəmləkəçilik, neokolonializm və onun təzahürləri” mövzusundakeçirilən beynəlxalq konfransın iştirakçılarını salamlayıb,konfransın təşkilatçıları və ev sahibinə minnətdarlığımıbildirib.

O bildirib ki, bu gün keçirilən konfransın əsas mövzusutəşkilatımızın missiyası ilə tam uyğunluq təşkil edir. Belə ki,Bakı Təşəbbüs Qrupu (BTQ) müstəmləkəçilik və neokolonializmə qarşıaparılan qanuni mübarizəni fəal şəkildə dəstəkləyir. Bu kontekstdəBTQ (neo)kolonializmin reallıqlarını və onun təzahürlərinibeynəlxalq ictimaiyyətə səmərəli şəkildə çatdırmağı bacarıb.

İcraçı direktor xatırladıb ki, Azərbaycan 2019-2023-cü illərdəQoşulmama Hərəkatına uğurla sədrlik edib. 2023-cü ilin iyul ayındaQoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər Toplantısıçərçivəsində Bakıda təşkil olunan “Müstəmləkəçiliyin tamamiləaradan qaldırılmasına doğru” adlı beynəlxalq konfransda Dənizaşırıərazilərin nümayəndələrinin iştirakı ilə beynəlxalq qeyri-hökuməttəşkilatı statusuna malik Bakı Təşəbbüs Qrupunun yaradılmasına dairqərar qəbul edilib. Beynəlxalq hüquq və insan hüquqlarıprinsiplərinə tam sadiqlik nümayiş etdirən təşkilatın fəaliyyətimüstəmləkəçilik və neokolonializmin tamamilə ləğvinə,dekolonizasiya hüququnun təşviqinə, eləcə də müstəmləkəhökmranlığının davamlı təzahürlərindən əziyyət çəkən xalqlaradəstək verilməsinə həsr olunub.

O vurğulayıb ki, BTQ yarandığı gündən qlobal dekolonizasiyahərəkatında beynəlxalq səviyyədə nüfuzlu və mötəbər platformayaçevrilib. Son iki il ərzində BMT-nin Nyu-York, Cenevrə və Vyanaqərargahlarında, eləcə də Roma, İstanbul və dekolonizasiyadialoqlarının mərkəzi kimi tanınan Bakıda 40-dan artıq beynəlxalqkonfrans və yüksək səviyyəli tədbir təşkil edib.

“Beynəlxalq tədbirlərimiz müstəmləkəçiliyin müxtəlifaspektlərinə – ekoloji, mədəni, sosial, təhsil və səhiyyəsahələrindəki təsirlərə həsr olunub. Bu tədbirlər çərçivəsindəsiyasi liderlər, alimlər, beynəlxalq hüquq üzrə ekspertlər, xüsusiməruzəçilər və hələ də müstəmləkə hökmranlığı altında olanərazilərin vətəndaş cəmiyyəti təşkilatları bir araya gətirilərəkgeniş dialoq və əməkdaşlıq platforması yaradılıb.

BTQ-nin əsas nailiyyətlərindən biri 2024-cü ilin iyulunda Bakıdatəşkil edilən Millətçi və Müstəqillik Hərəkatlarının BirinciKonqresinin keçirilməsi olub. Bu tədbir çərçivəsində Fransa vəNiderland müstəmləkələrindən olan müstəqillik hərəkatlarınınnümayəndələri Beynəlxalq Dekolonizasiya Cəbhəsinin yaradılmasınadair təsis bəyannaməsini imzalayıblar. Bu əlamətdar addımmüstəmləkə əsarəti altında fəaliyyət göstərən hərəkatlarınkollektiv səsini birləşdirib və onların beynəlxalq səviyyədəkoordinasiyalı fəaliyyəti üçün möhkəm təməl olub.

Digər mühüm nailiyyətlərindən biri də BTQ tərəfindən hazırlanmışhesabatın BMT Baş Katibi tərəfindən 2025-ci ildə təqdim edilən“Afrika Mənşəli Şəxslər üçün Beynəlxalq Onilliyin FəaliyyətProqramının İcrası”na dair məruzəsində qeyd olunmasıdır.

Bundan əlavə, BTQ, BMT Baş Assambleyasının sessiyaları, XüsusiDekolonizasiya Komitəsi (C24) və Baş Assambleyanın DördüncüKomitəsi (C4) Afrika Mənşəli Şəxslərin Daimi Forumu, BMT İnsanHüquqları Komitəsi və BMT İnsan Hüquqları Şurası ilə əməkdaşlıqçərçivəsində yan tədbirlər təşkil etmiş, hökumətlərarasımüzakirələrlə yanaşı, substantiv dialoqa öz töhfəsini verib.

Həmçinin COP29 çərçivəsində BTQ bir sıra tədbirlər və aksiyalartəşkil edib. Məqsəd müstəmləkəçiliyin yalnız siyasi və sosialnəticələrini deyil, həm də onun dağıdıcı ekoloji təsirlərinigöstərmək idi. Missiyamız müstəmləkə hökmranlığının ekosistemləriməhv etməsi, təbii sərvətləri tükəndirməsi və ada dövlətləri vəmüstəmləkə asılılığında olan ərazilərin mövcudluğunu təhlükə altınaqoymasını beynəlxalq ictimaiyyətin diqqətini çatdırmaq olub.

Bununla yanaşı, BTQ analitik mərkəz qismində fəaliyyətgöstərərək müstəmləkəçilik və dekolonizasiya sahələrində yüksəksəviyyəli tədqiqatlar və ekspert təhlilləri hazırlamaqdadır.İndiyədək hesabatlar, jurnallar və kitablar daxil olmaqla 20-dənartıq nəşr dərc edib. Bu nəşrlər arasında müstəmləkə ərazilərininidarə olunması üzrə beynəlxalq ekspert, Korlayl Korbin tərəfindənyazılmış “Fransız müstəmləkəçiliyinin təkamülü: Siyasi vəkonstitusional təhlil” adlı əlamətdar əsər xüsusi əhəmiyyətəmalikdir.

Bakı Təşəbbüs Qrupu müstəmləkə əsarəti altında qalan xalqlaradəstək verməkdə mühüm rol oynamağa davam edir. Bu xüsusda,Azərbaycan müstəqillik və azadlıq yolunda mübarizə aparan xalqlarüçün ümid yeri və qlobal platformadır”, - deyə A.Abbasov fikrinitamamlayıb.

Избранный
31
6
az.trend.az

9Источники