RU

Qusarın Laza kəndinin yolu lil və palçıqdan təmizlənir

Ötən gün gecə saatlarından etibarən Qusar rayonunun Laza kəndi ərazisində dağlıq sahələrdən kəndə doğru yenidən palçıq və lil axını nəticəsində mövcud avtomobil yolunun hərəkət hissəsi çirklənib, bu da nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklərə səbəb olub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən SİA-ya verilən məlumata görə, mövcud vəziyyətlə bağlı dərhal əraziyə texnika və canlı qüvvə cəlb edilib.

Görülən operativ tədbirlər nəticəsində yolun hərəkət hissəsi palçıq və lil kütləsindən təmizlənib, nəqliyyatın hərəkəti qismən bərpa olunub. Hazırda ərazidə təmizləmə və bərpa işləri intensiv şəkildə davam etdirilir.

Избранный
21
18
sia.az

10Источники