RU

Paşinyan onları seçkilərə buraxmaq istəmir - İDDİA

“Ermənistan hakimiyyəti onlara xoşagəlməz olan partiyaları seçkilərə buraxmaq istəmir”.

Musavat.com xəbər verir ki, bu iddia müxalif “Ermənistan” blokunun deputatı Artur Xaçatryandan gəlib.

“Bütün bunlar siyasi qüvvələrin daha çox nəzarət altına alınması üçün edilir. Hakimiyyətə görə təhlükə mənbəyi hesab edilən partiyaların seçkilərdə iştirakına qadağa qoyulacaq, necə ki, bu, məsələn, 1995-ci ilin iyulunda olmuşdu. Hər halda onların məqsədi məhz budur”, – deyə Xaçatryan bildirib və əlavə edib ki, hakimiyyət əslində onları tamamilə qadağan etməkdən də çəkinməz.

Musavat.com

Избранный
10
musavat.com

1Источники