RU

Azərbaycanda unun tərkibinə əlavə maddələr qatılacaq

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Unun zənginləşdirilməsi - fortifikasiya prosesi (un istehsalı zamanı onun içinə əlavə faydalı maddələrin qarışdırılması, - müəl.) ilə bağlı elmi əsaslandırılmış təkliflər hazırlanaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) təqdim edilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, buğda ununun zənginləşdirilməsi ilə bağlı prosedura başlanılması barədə qərar AQTA və Səhiyyə Nazirliyi tərəfindən qəbul edilib.

Məlumata görə, hazırda İşçi qrupun yaradılması üzrə işlər davam etdirilir.

"Bu il Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və yerli dəyirman nümayəndə heyətinin ABŞ-nin Atlanta şəhərinə səfəri çərçivəsində buğda ununun zənginləşdirilməsi üzrə tövsiyə sənədi hazırlanıb", - məlumatda deyilir.

Bildirilib ki, 2024-2025-ci illəri əhatə edən dövr üçün beynəlxalq təşkilatlar və Qida Məhsullarının Zənginləşdirilməsi Təşəbbüsü (Food Fortification Initiative) tərəfindən buğda ununun zənginləşdirilməsi istiqamətində AQTA-nın həyata keçirdiyi təşəbbüslərə texniki və institusional dəstək göstərilib.

Belə ki, ötən il Qida Məhsullarının Zənginləşdirilməsi Təşəbbüsünün nümayəndəsinin Azərbaycana səfəri çərçivəsində Agentlik və aidiyyəti qurumların nümayəndələri ilə görüşlər keçirilib, türkiyəli ekspertlərin də iştirakı ilə infrastrukturla tanış olaraq texniki məsələlərlə bağlı yerli dəyirmanlarda çalışan mütəxəssislərlə müzakirələr aparılıb.

Qeyd edək ki, məqsəd əhalinin gündəlik qida rasionunda çatışmayan vacib elementləri kompensasiya etməkdir. Zənginləşdirilmiş un o deməkdir ki, insan gündəlik çörək və un məhsullarını yeyərkən təkcə karbohidrat yox, həm də sağlamlıq üçün vacib olan dəmir, vitamin və digər mikroelementləri almış olur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
1
azpolitika.info

3Источники