Şimali Kipr Türk Cümhuriyyətinin (SKTC) Prezidenti Ersin Tatar Azərbaycana səfər edəcək.
Sonxeber.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner məlumat verib.
O bildirib ki, ŞKTC Prezidenti oktyabrın 6-7-də Azərbaycanda səfərdə olacaq.
Ersin Tatar səfər çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşündə iştirak edəcək.
Xatırladaq ki, 2022-ci ildən etibarən Şimali Kipr Türk Cümhuriyyəti TDT-nin müşahidəçi üzvüdür.