RU

Biləsuvardakı dəhşətli qəzanın TƏFƏRRÜATI

Xəbər verdiyimiz kimi, Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Bəhrəmtəpə istiqamətinə hərəkət edən və cücə daşıyan “VAZ 2107” markalı avtomobil Biləsuvar istiqamətinə hərəkət edən “Mercedes” markalı minik avtomobili ilə toqquşub. 

Hadisə nəticəsində “VAZ 2107” markalı avtomobil zərbənin təsirindən yol kənarına düşüb. “Mercedes” isə fiziki deformasiyaya uğrayıb. 
 

“VAZ 2107” markalı avtomobilin sürücüsü, 1977-ci il təvəllüdlü Cəlilabad rayonunun Sabirabad kənd sakini Abışov Mahir Ədalətoğlu isə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.


“Mercedes”də olan bir ailənin üzvləri sürücü, onun həyat yoldaşı və iki azyaşlı övladı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Hadisənin baş vermə səbəbləri hazırda müvafiq qurumlar tərəfindən araşdırılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

Избранный
11
bizim.media

1Источники