RU

Qazaxıstanda ALAN-2 MRAP zirehli maşınlarının ilk poliqon sınaqları keçirilib

Qazaxıstanın “Kazakistan Paramount Engineering” (KPE) şirkəti tərəfindən inkişaf etdirilən ALAN-2 MRAP zirehli maşınlarının ilk poliqon sınaqları keçirilib.

“Poliqon” KPE-yə istinadən xəbər verir ki, mühəndislərin və sürücü-mexaniklərin iştirakı ilə keçirilən sınaqlar zamanı maşınların hərəkət qabiliyyəti yoxlanılıb.

Qeyd edək ki, ALAN-2 zirehli maşını KPE şirkətinin Konstruktor Bürosunun mühəndisləri tərəfindən dizayn edilib. “Tiqr” zirehli maşın sinifinə daxil olan ALAN-2, parametrlərinə görə onu üstələyir və istifadəçiyə çətin missiyaları yerinə yetirə bilmək üçün həm yüksək performans, həm də daha çox faydalı yükgötürmə qabiliyyəti təmin edir.

4×4 təkər formullu ALAN-2 çoxməqsədli nəqliyyat vasitəsi gülləkeçirməz şüşə və zirehli korpusa malikdir. O, hərbi, xüsusi əməliyyatlar, sülhməramlı, hüquq-mühafizə, təhlükəsizlik, sərhəd mühafizəsi və fövqəladə hallarda yardım xidmətləri də daxil olmaqla, müxtəlif missiyalar üçün nəzərdə tutulub.

Nəqliyyat vasitəsinin uzunluğu 6200 mm, eni 2550 mm və hündürlüyü 2550 millimetrdir. Üçü ekipaj üzvü olmaqla ümumilikdə 9 personal daşımaq qabiliyyətinə sahib zirehli maşının boş halda kütləsi 9000 kq, döyüş ağırlığı isə 12000 kiloqram təşkil edir. ALAN-2 avtomatik sürətlər qutusu və 285 at gücündəki turbo dizel mühərriklə təchiz edilib ki, bu da ona maksimum 130 km/saat sürətlə hərəkət imkanı verir.

Maşın 5.56×45, 7.62×39 və 12.7×99 mm-lik zireh deşən sursatlara qarşı üstün ballistik müdafiə təmin edir. Həmçinin zirehli maşın RQD-5, RQ-42, F1 əl qumbaralarına və 500 qram ağırlığa qədər olan TNT partlayışlarına qarşı davamlıdır. Bundan başqa, ALAN-2 yanğınsöndürmə, bioloji və kimyəvi mühafizə sistemləri, əlavə güc bloku ilə də təchiz olunub.

Hazırda sınaqları keçirilən variant ALAN-2-nin mina və pusquya qarşı davamlı olan MRAP versiyasıdır.

Избранный
5
poliqon.az

1Источники