RU

Həkim evdə hazırlanmış qışlıq konservlərin təhlükəsi barədə xəbərdarlıq etdi

“SM-Clinic” terapevti Yuliya Valeeva Mail.ru Sağlamlıqa açıqlamasında düzgün konservasiya qaydalarına əməl etməməyin ağır nəticələrə – o cümlədən botulizm xəstəliyinə gətirib çıxara biləcəyini bildirib.

E-saglam.az xəbər verir ki, yay mövsümü başa çatdıqca qışlıq hazırlıqlar da başlayır. Hər bir evdar qadının sınanmış reseptlərlə dolu dəftəri olur. Amma bir çoxları yeni reseptlər axtarır, internetdə təcrübə aparır. Həkim vurğulayır ki, bankaları bağlamazdan əvvəl əsas qaydaları bilmək çox vacibdir. Əks halda nəticələr xoşagəlməz, hətta həyati təhlükəli ola bilər.

Botulizm necə yaranır?

Botulizmin səbəbkarı Clostridium botulinum bakteriyasıdır. Bu spor əmələ gətirən çubuqşəkilli mikroorqanizm insandan insana keçmir, lakin müxtəlif yollarla – qida, məişət təması, hava-damcı və ya nəcislə çirklənmə yolu ilə ötürülə bilər. Onun sporları tərəvəzlərdə, meyvələrdə, milçəklərin və qurdların sürfələrində, həmçinin balıq, quş və məməlilərin həzm sistemində rast gəlinir.

Bakteriya sporları uzun müddət sağ qala bilir:

təmiz suda illərlə,

duzlu mühitdə 2 aya qədər,

günəş işığına və dərin dondurmaya qarşı davamlıdır,

qurudulduqdan sonra təxminən 1 il, torpaqda isə hətta yüz ildən çox yaşaya bilir.

Clostridium botulinum xüsusilə oksigensiz şəraitdə sürətlə çoxalır və məhz bu səbəbdən düzgün bağlanmamış, şişmiş qapaqlı və ya bulanıq marinadlı konservlər ən təhlükəlilər hesab olunur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
23
e-saglam.az

1Источники